AZ

Elektron reseptin üstünlüyü nələrdir?


SƏHİYYƏ RƏSMİSİ AÇIQLADI

Elektron resept sistemi səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, idarəetmənin təkmilləşdirilməsi və pasiyent təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayan innovativ bir yanaşmadır”.
Bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.
Onun sözlərinə görə, elektron reseptlərin real vaxt rejimində sistemə daxil edilməsi, onların dərhal apteklər tərəfindən əldə olunmasına imkan yaradır.
Sevinc Məmmədova qeyd edib ki, bu, reseptlərin hazırlanması və istifadəsi prosesini sürətləndirir, həm həkim, həm də pasiyent üçün əlavə rahatlıq təmin edir. Ənənəvi reseptlərdə rast gəlinən oxunmazlıq və anlaşılmazlıq elektron reseptlərdə aradan qaldırılır. Sistem vasitəsilə dərman vasitələrinin molekulyar tərkibi göründüyü üçün qarşılıqlı təsirləri, doza uyğunsuzluğu və allergik risklər əvvəlcədən təhlil edilə bilər ki, bu da pasiyent təhlükəsizliyini artırır və müalicə keyfiyyətini yüksəldir.
Elektron resept sistemi pasiyentin dərman istifadəsi tarixçəsinin mərkəzləşdirilmiş şəkildə saxlanmasına imkan yaradır. Həkimlər bu məlumatlara əsaslanaraq daha düzgün müalicə planı hazırlaya bilir, eyni zamanda təkrar reseptlərin verilməsi də sadələşir”, deyə Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi qeyd edib.
S.Məhərrəmova bildirib ki, elektron reseptlərin sistem üzərindən izlənilməsi saxtakarlıq hallarının qarşısını da alır.

Seçilən
0
3
medicalmedia.az

5Mənbələr