Avtomat hidroloji stansiyaların mayın 7-si saat 9:00-a olan məlumatına əsasən, yağan leysan xarakterli intensiv yağışlar nəticəsində əksər çaylarda sululuq artıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 53, Pirsaatçay, Vəlvələçayda 4, Əyriçayda 2, Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 6, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 6, Kür çayının aşağı axımında Kür-Surrada 46, Kür-Zərdabda 20, Araz çayının yuxarı axımında isə 34 santimetr artım qeydə alınıb.
Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 16 santimetr artıb, su sərfi saniyədə 773 kubmetr olmaqla normanın 107 faizini, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 34 santimetr artıb, su sərfi saniyədə 284 kubmetr olmaqla normanın 143 faizini təşkil edir.