AZ

Eldar Əzizov Biləcəridə sakinlərin problemlərini dinləyib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumlarırəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dairtapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısıEldar Əzizovun Binəqədi rayonu Biləcəri qəsəbəsinin sakinləri iləgörüşü keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatagörə, qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradanqaldırılması məqsədilə təşkil olunan və 400-ə qədər Biləcərisakininin iştirak etdiyi görüşdə Bakı Şəhər İcra Hakimiyyətininbaşçısı ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı ElxanAllahverdiyev, Bakı şəhərinin və Binəqədi rayonunun təsərrüfat vədigər xidmət sahələrinin rəhbərləri 2 saatdan çox, ayaq üstə zalatoplaşanların müraciət və təkliflərini dinləyiblər.

Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı EldarƏzizov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyisiyasət nəticəsində bu gün Azərbaycan özünün zəngin və coxəsrliktarixi ərzində ən xöşbəxt günlərini yaşayır.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəriqəsəbəsi üzrə nümayəndəsi Fərdi Ağamalıyev qəsəbədə görülmüşişlərlə bağlı hesabat verib.

“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində vəsakinlərin böyük fəallığı ilə keçən görüşdə 30-dan çox qəsəbəsakininin çıxış və müraciəti dinlənilib, onlar son vaxtlarda Bakışəhərində və eyni zamanda, Biləcəri qəsəbəsində görülən işlərə,onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarınıbildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursabirmənalı dəstək ifadə ediblər.

Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi,qəsəbədə su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxiliyolların təmiri və işıqlandırılması, məşğulluq, qəzalı binaların vədam örtüyünün təmiri, köhnə liftlərin dəyişdirilməsi, qəsəbədə yeniqəbiristanlıq üçün yer ayrılması, nəqliyyat və s. olub.

Görüş zamanı bəzi müraciətlər yerində həll edilib, sakinlərindigər müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib,bütün müraciət və təkliflər nəzarətə götürülüb.

Eldar
Eldar
Eldar
Eldar
Seçilən
0
5
az.trend.az

10Mənbələr