Ağcabədidə ata və iki oğlu nazirlik əməkdaşını ölümcül şəkildə döyüb. Həmin şəxslərdən biri nazirlik işçisinə 14 bıçaq zərbəsi vurub.
Publika.az xəbər verir ki, Fərhad Bəşirov oğlanları Səlim və Vüsal hakim qarşısına çıxarılıblar. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində sürücü işləyən Daşqın adlı şəxsi döyüblər.
Məlumata görə, hadisə Daşqının işə düzəltmək adı ilə onlardan 5 min manat almasına görə baş verib. Daşqın 5 min manat qarşılığında Səlimi işə düzəldəcəkmiş.
Daşqın bu məqsədlə pulu alıb, amma heç bir iş görməyib. Aldığı məbləğin cəmi 2 min manatını qaytaran Daşqın imkan olmadığı üçün qalan məbləği ödəməyib. Buna görə də, onlar arasında bir neçə dəfə mübahisə yaşanıb.
Sonuncu telefon danışığında tərəflər bir-birini söyüb. Söyüşə görə hər iki tərəf bir-birini ittiham edib.
Ata və iki oğlu Daşqınla görüşə gedib. Daşqın onları görən zaman maşına əyləşərək qapıları bağlayıb. Bəşirovlar maşının şüşələrini sındırıb, Daşqının telefonunu yerə çırparaq qırıblar. Onu maşından düşürərək döyüblər.