AZ

Musiqiçi toya getmədi, iş yoldaşı onu bıçaqladı – DİN-dən açıqlama

Mayın 7-də gecə saatlarında Ağdaş rayonu ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib. Rayonda musiqiçi kimi fəaliyyət göstərən şəxslərin arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub. Sonuncunun hadisə zamanı sərxoş olduğu bildirilir.

NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
0
6
nocomment.az

7Mənbələr