“Barselona” UEFA Çempionlar Liqasının finalına 10-cu mövsümdür ki, çıxa bilmir
Publika.az xəbər verir ki, İspaniya təmsilçisi ötən gün keçirilən yarımfinal mərhələsinin cavab oyununda“İnter”ə 3:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb. Bununla Kataloniya klubu 2014/15 mövsümündən etibarən ardıcıl olaraq Çempionlar Liqasının finalında iştirak edə bilməyəcək.
“Barsa” həmin vaxt “Yuventus”u 3:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Heybət