AZ

Azərbaycan və Belarus Baş nazirləri Qarabağda

Mayın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçini Füzuli Beynəlxalq Aeroportunda qarşılayıb.

Nazirlər Kabinetindən bildirilib ki, sonra Ə.Əsədov və A.Turçin iki ölkənin nümayəndə heyətlərinin müşayiəti ilə Ağdam Sənaye Parkına gəliblər. Hökumət başçıları sənaye parkının ərazisinə baxış keçirib, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar.

Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin Füzuli və Ağdam rayonlarına səfər çərçivəsində, həmçinin Ağdamın Sarıcalı kəndində yenidənqurma işləri barədə məlumatlandırılıblar. Bildirilib ki, Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Kənd 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə, kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.

Baş nazirlər, həmçinin Ağdam rayonunun Qızıl Kəngərli kəndinə səfər ediblər. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov hökumət başçılarına bu kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat veriblər.

XQ

Seçilən
0
8
xalqqazeti.az

10Mənbələr