BAKI, 7 may. TELEQRAF
Zaqatala rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Zaqatala şəhərində ümumi sahəsi 25 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.