AZ

İki nüvə dövləti arasında savaş başladı - Hindistan Pakistana hücum etdi +VİDEO


Bütün dünyanın narahatlıqla izlədiyi Pakistan-Hindistan gərginliyi hərbi toqquşmaya çevrildi. Belə ki, Pakistan ordusu Hindistanın 3 bölgədən raketlərlə hücuma keçdiyini açıqlayıb. Hindistan Pakistana və ölkənin nəzarətində olan Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. 9 nöqtənin hədəf alındığını bildirən Hindistan isə Pakistan hərbi obyektlərinin hədəfə alınmadığını bildirib.

Pakistan ordusunun sözçüsü Hindistanın raketlərlə Pakistana üç nöqtədən hücum etdiyini bildirib və hücumlara cavab veriləcəyini açıqlayıb.

Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın Kəşmir əyalətinin Kotli və Müzəffərabad şəhərlərində və Pəncab əyalətinin Bahavalpur şəhərlərində həyata keçirdiyi hücumda bir məscidin də hədəf alındığını bildirib. Hücumda heç bir hərbi obyektin hədəf alınmadığını qeyd edən Çaudri, "Pakistan buna öz seçdiyi vaxt və yerdə cavab verəcək. Bu təxribat cavabsız qalmayacaq... Hindistanın bu qorxaq hücumla əldə etdiyi müvəqqəti sevinc daimi kədərlə əvəzlənəcək" deyib.

Pakistanın müdafiə naziri Xavaca Asif Hindistanın hücumlarını "qorxaq və gizlicə" hücum adlandırıb. Asif Hindistanın hücumlarına "daha böyük güclə" cavab verəcəklərini bildirib.

İlkin məlumatlara görə, Hindistanın hücumları nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Təhlükəsizlik rəsmiləri Hindistanın hücumda mülki insanları “qəsdən hədəfə aldığını” bildirib.

Pakistanın baş naziri Şərif Şahbaz, Pakistanın Hindistanın başlatdığı bu müharibə aktına layiqli cavab vermək hüququ olduğunu və düşmənə layiqli cavab verildiyini açıqlayıb.

Pakistan təhlükəsizlik mənbələri isə bildiriblər ki, Pakistan ordusu raket hücumlarına cavab olaraq Hindistanın iki döyüş təyyarəsini vurub. Pakistan ordusu cavab hücumu çərçivəsində Hindistan qüvvələrinin bir qərargahına da zərbə endirib. Qərargahın yeri ilə bağlı ətraflı məlumat verilməyib.

Bildirilib ki, Pakistan və Hindistan arasında Nəzarət Xətti (LoC) yaxınlığındakı Dudhnial sektorunda Hindistan nəzarət-buraxılış məntəqəsi də raket hücumu nəticəsində məhv edilib.

Pakistanda yayımlanan Samaa TV-nin xəbərinə görə, Pakistan hava məkanını 48 saat müddətinə bağlayıb və bütün daxili və beynəlxalq uçuşları dayandırıb.

TAHİR

Seçilən
0
41
baki-xeber.com

10Mənbələr