Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edib.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, türkiyəli nazir Hindistanın əsassız hərbi təcavüzünə qarşı Pakistanla həmrəy olduğunu bildirib.
“Türkiyənin xarici işlər naziri Hakan Fidan xarici işlər naziri İshaq Dara zəng edərək Pakistanın suverenliyini pozan və günahsız dinc sakinləri qətlə yetirən Hindistanın əsassız təcavüzünə qarşı Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib. O, regional təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsindən narahatlığını bildirib. Hər iki nazir vəziyyətin inkişafı ilə bağlı sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər”, - XİN-dən bildiriblər.