Milli Şuranın üzvü Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Senzor.az bildirir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkillər müvəkkilləri Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.
Vəsatət təmin edilməyib və proses mayın 23-nə təxirə salınıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib.