Braziliyalı jurnalist və televiziya aparıcısı Luis Antonio Mello 30 aprel 2025-ci ildə vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "g1" portalı mərhumun həmkarlarının bəyanatına istinadla məlumat yayıb.
Mello pankreatitdən müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Mənbənin sözlərinə görə, ölüm maqnit-rezonans tomoqrafiya (MRT) zamanı ürəyin dayanması səbəbindən baş verib.
Luis Antonio Mello televiziya və radio aparıcısı, musiqi prodüseri, yazıçı və publisistdir. Əsərlərinə “Jurnalistlərin Cəngəllikdə sağ qalma bələdçisi” kitabı daxildir.