AZ

Tehran-Bakı reysləri açıldı -RƏSMİ

“Gündəlik Tehran-Bakı reysləri açılıb”.

 

"Azad İran" "Telegram" kanalı bildirir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuat konfransında deyib.

 

"Məsud Pezeşkianın Azərbaycana ilk səfəri fonunda ikitərəfli siyasi etimadın yaradılması istiqamətində strateji əməkdaşlıq və iqtisadi diplomatiyaya dair hərtərəfli sənəd layihəsinin hazırlanması və özəl sektor investorları ilə çox sayda görüşün keçirilməsi barədə razılıq əldə olunub. Bu səfərin nəticəsi olaraq uzun müddətdir həyata keçirilməyən gündəlik Tehran-Bakı reysləri açılıb", - deyə o qeyd edib.

Seçilən
0
49
senzor.az

10Mənbələr