“Hindistan Pakistanın 3 şəhərinə raket hücumu edib”.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Paksitan ordusu məlumat yayıb.
Qeyd olunub ki, hədəflər Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad şəhərləri olub.
***
“Geo TV”nin məlumatına görə, Hindistanın Pakistana endirdiyi hava zərbələri nəticəsində azı 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
***
Hindistanın Pakistanda mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Məlumata görə, yaralıların sayı 35 nəfərə çatıb.