Çempionlar Liqasında ilk finalçı məlum olub.
Offsideplus.az xəbər verir ki, gərgin keçən matçın ilk hissəsi "İnter"in üstünlüyü ilə başa çatıb - 2:0.
İkinci hissədə "Barselona" geridönüş etməyi bacarıb və hesabda önə keçib. Lakin "neradzuri" son dəqiqələrdə "status-kvo"nu bərpa edib. İlk matç da 3:3 hesabı ilə bitdiyi üçün oyunda əlavə vaxt oynanılıb.
Davide Frattezi uzatmanın ilk 15 dəqiqəsində fərqlənərək "İnter"i önə keçirib və görüşdə başqa qol olmayıb.
Milan klubu iki aradan sonra Çempionlar Liqasında yenidən finala yüksəlib.