AZ

Kelloqq: Kiyev hazırkı təmas xətti boyunca münaqişəni dondurmaq istəyir

Kiyev hökuməti hazırkı təmas xətti boyunca hərbi əməliyyatların dayandırılmasını, ardınca isə 30 kilometrlik silahsızlaşdırılmış zonanın yaradılmasını istəyir.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Ukraynalılar hazırkı mövqelərin dondurulmasını, atəşkəsin olmasını, sonra isə silahsızlaşdırılmış zonanın yaradılmasınıt istəyirlər”, - Kelloq “Fox News”a deyib.

O həmçinin qeyd edib ki, Kiyev Ukrayna qoşunlarını 15 km geri çəkmək variantını nəzərdən keçirir və ABŞ-ın Rusiyanı da buna inandıracağını gözləyir.

Seçilən
0
apa.az

1Mənbələr