Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, ilk finalçının adına İtaliyada aydınlıq gəlib.
Milan “İnter”i doğma meydanda İspaniya nəhəngi “Barselona”nı sınağa çəkib.
Bu komandaların Kataloniyada keçirilmiş ilk oyununda qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməmişdi. Maraqlıdır ki, Milandakı cavab görüşünün də əsas vaxtı oxşar hesabla (3:3) yekunlaşıb. Belədə, qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Daha bir qol vurmuş “İnter” ÇL-də ilk finalçı olub.
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər qarşılaşması sabah Fransada baş tutacaq. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi London “Arsenal”ını qəbul edəcək.
ÇL-in final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
6 may
“İnter” (İtaliya) – “Barselona” (İspaniya) 4:3
Qollar: Lautaro Martines, 21. Hakan Çalhanoğlu, 45+1-pen. Françesko Açerbi, 90+3. Davide Frattezi, 99 – Erik Qarsiya, 54. Dani Olmo, 60. Rafinya, 88.
İlk oyun – 3:3.