Pakistan Hindistan ərazisinə cavab zərbələri endirib.
Publika.az xəbər verir ki, bu barədə "Samaa" TV mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, zərbələr nəticəsində Hindistan ərazisindəki hədəflər vurulub.
Xatırladaq ki, Hindistanın Pakistanın üç şəhərinə mülki şəxslərə raket zərbələri endirib. Bundan sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb.