Sənaye obyektləri, yalnız təsdiq olunmuş rayon planlaşdırma layihələrinə və yaşayış məntəqələrinin baş planlarına uyğun olaraq yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları”nda əksini tapıb.
Bu obyektlərin yerləşdirilməsi prosesi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər müvafiq orqanlarla razılaşdırılmalıdır. Sənaye obyektlərinin yerləşdirilməsi ilə bağlı qərarlar qəbul edilərkən, ətraf mühitin qorunması və insanların sağlamlığı nəzərə alınır. Yerləşdirmə prosesində torpaq sahəsinin ölçüsü və ətraf mühitə təsiri diqqətə alınmalıdır. Layihəqabağı araşdırmalar nəticəsində, obyekti yerləşdirmək üçün ayrılacaq torpaq sahəsi müəyyən edilir. Obyektin yerləşdirilməsi ilə bağlı razılaşdırma prosesi yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirilir. Hər bir sənaye obyekti üçün yerli ərazinin şəraiti və müvafiq kommunikasiyalar nəzərə alınmalıdır. Sənaye obyektlərinin yerləşdirilməsi və fəaliyyəti ilə əlaqədar bütün müvafiq tələblər, qanunvericiliyə uyğun şəkildə həyata keçirilməlidir.