AZ

Hindistan Bahlihar bəndini kəsdi - Pakistan susuz qaldı...


Əli Orucov: "Hazırda həmin mübahisəli bölgə Pakistan, Hindistan və Çin arasında bölünüb və ən böyük pay Hindistandadır"

Hindistan Cammu və Kəşmirdə Çenab çayı üzərində yerləşən Bağlihar bəndi vasitəsilə Pakistana su verilməsini dayandırıb. Bu barədə "Hindustan Times" məlumat yayıb.

Hindistan hökuməti bəhanə edir ki, guya Bağlıharda hidrotexniki qurğu lillə dolub, onu təmizləmək lazımdır.

Hindistan hökuməti Cammu və Kaşmir bölgəsində Pakistana doğru axan digər çaylar üzərində da eyni işi görərək suyu bağlayacağını bəyan edib. Bunun üçün bölgəyə 50 nəfərdən ibarət mühəndis komandası göndərib.

Hindistan tərəfinin hərəkətlərinə cavab olaraq Pakistan "f Hər iki dövlət həm də müdafiə qüdrətinə görə ilk onluqda sıralanırlar. Bir tərəfdən də gərginliyi təhlükəli edən Pakistan və Hindistanı dəstəkləyən dünya gücləridir. Hindistanla Pakistan arasında Kəşmir məsələsində ixtilaflar 1947-ci ildən davam edir. Bu ixtilaflar 3 dəfə genişmiqyaslı müharibəyə səbəb olub.

Kəşmirə görə Hindistanla Çin də toqquşub. Hazırda həmin mübahisəli bölgə Pakistan, Hindistan və Çin arasında bölünüb və ən böyük pay Hindistandadır. Həmin bölgənin əhalisinin təxminən 90-95 faizi müsəlmanlardan ibarətdir. Hindistanın Modi höküməti birtərəfli qaydada Kəşmir və Cammu ştatkarının muxtariyyətinı ləğv edərək, bölgəni assimilyasiya etməyə başlayıb. Yerli əhalinin torpaqları əlindən alındı, dini ibadət yerləri - məscidlər sökülüb. İfrat millətçi hindlilər isə zaman-zaman dinc əhaliyə divan tutdu.

Delhinin millətçi höküməti Hindistanda yaşayan müsəlmanlara qarşı aqressiv yanaşır və islamafob əhval ruhiyyəni qızışdırır. Son dövrlər iki dövlət arasında münasibətlərin müharibə həddinə gəlməsinin də səbəbkarı məhz Hindistandır.

Hazırda hər iki dövlətin müttəfiqləri bölgədə müharibə təhlükəsinin aradan qaldırılması üçün cəhdlər göstərir. O cümlədən Azərbaycan da hər iki tərəfi dialoqa çağırıb, öz vasitəçilıyını təklif edir. Lakin Hindistanın ard-arda təxribatlara əl atması məsələni qəlizləşdirir. Fikrimizcə, Narendra Modi iki dövlət aradında kiçik də olsa toqquşmanın baş verməsində maraqlı görünür.

Çünki Hindistanda baş verən məlum qanlı hücumdan yarım saat sonra, heç bir təhqiqat aparılmadan Narendra Modi Pakistanı günahlandırdi. İndi isə Pakistana axan çayların suyunu kəsməklə qonşusunu təxribata çəkmək istəyir. Bu səbəbdən də artıq bölgədə toqquşma ehtimalı yüksəkdir".

Akif NƏSİRLİ

Seçilən
0
baki-xeber.com

1Mənbələr