AZ

Sumidə Rusiya zərbəsi nəticəsində ölənlərin sayı artıb

Ukraynanın şimal-şərqində yerləşən Sumi şəhərinə endirilən Rusiya zərbəsi nəticəsində həyatını itirənlərin sayı üç nəfərə çatıb.

KONKRET.az-ın məlumatına görə, hadisə yerində bir gənc qadın ölüb, daha bir kişi və azyaşlı oğlan isə xəstəxanada dünyasını dəyişib.

Bundan əlavə, dördü uşaq olmaqla səkkiz nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti son dərəcə ağırdır və hazırda şəhər xəstəxanalarında müalicə alırlar.

Natiq Səlim,
KONKRET.az

 

Seçilən
0
konkret.az

1Mənbələr