Bu gün Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında “Çempionlar” turnirinə start verilib.

Offsideplus.az xəbər verir ki, yarışın ilk günündə 55, 67, 77 və 97 kq-da Azərbaycan milli komandasının üzvləri mübarizə aparıblar.

Startda iki təmsilçimiz fəxri kürsüyə yüksəlməyi bacarıb.

Belə ki, Turan Daşdəmirov (55 kq) gümüş və İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.

Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.

Sabah 60, 72 və 87 kq çəki dərəcələrində güləşçilərimiz xalçaya çıxacaqlar.

Yığmamız Antalyaya 25 idmançı ilə yollanıb.