AZ

Keyt Kelloq: Ukrayna Rusiya ilə münaqişəni dondurmaq istəyir

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi: Ukrayna hakimiyyəti Rusiya ilə cəbhə xəttində münaqişəni dondurmaq və demilitarizasiya zonası yaratmaq istəyir...

Poliqon xəbər verir ki, o, bu barədə Fox News-a müsahibəsində bildirib.

"Ukraynalılar müharibənin dondurulmasını, hazırkı xətt üzrə atəşkəsin olmasını, sonra isə silahsızlaşdırılmış zona yaratmaq istəyirlər", Kelloq deyib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə Ukrayna Silahlı Qüvvələri 15 km geri çəkilə bilərdi və Rusiya ordusunun da bunu edəcəyi gözlənilir. Bu, "nəzarət edilə bilən" 30 kilometrlik hərbisizləşdirilmiş zona yaradacaq", Kelloq fikrini yekunlaşdırıb.

Poliqon.info 

Seçilən
0
4
poliqon.info

10Mənbələr