ABŞ Prezidenti Donald Tramp ABŞ, Kanada və Meksika arasında azad ticarət haqqında üçtərəfli müqavilənin (USMCA) ləğv edilməsi ehtimalını istisna etməyib.
Operativ Media xəbər verir ki, bunu o, Kanadanın Baş naziri Mark Karni ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"USMCA bütün ölkələr üçün yaxşıdır. Qarşıdakı təxminən bir il ərzində ona düzəliş etmək və ya son qoymaq üçün danışıqlar aparmalıyıq", - Tramp bildirib.
O, Karninin bu görüşdəki hər hansı təkliflərinin Ottavaya qarşı gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarın ləğvinə səbəb ola biləcəyi ilə bağlı sualı cavablandırarkən bu baxımdan heç bir dəyişiklik olmadığını deyib.
Prezident bir daha ABŞ-nin faktiki olaraq Kanadaya ildə təxminən 200 milyard ABŞ dolları məbləğində subsidiya verdiyini bildirib.
"Bu çox böyük məbləğdir. ABŞ-nin vergi ödəyicisinə bunu izah etmək çətindir", - Tramp vurğulayıb.