AZ

Tramp bu müharibəni dayandırdığını elan etdi

Ağ evdə ABŞ Prezidenti Donald Tramp Kanadanın baş naziri Mark Karni ilə görüşüb. Metbuat.az xəbər verir ki, görüş zamanı Tramp Karnini tərifləyib. "Kanada çox istedadlı insan seçdi" deyən Tramp, Karninin seçki debatlarında göstərdiyi performansı tərifləyib. Tramp Kanadanı ABŞ-nin 51-ci ştatı etmək istəyini bir daha təkrarlayıb. Lakin Karni təklifi rədd edərək, "Bildiyiniz kimi, bəzi yerlər heç vaxt satılmır. Kanada satılmır və satılmayacaq" - deyə bildirib. Tramp isə ona, “Heç vaxt heç vaxt demə” - deyə cavab verib. Trampın sözlərinə isə Karni gülümsəyərək “Heç vaxt, heç vaxt, heç vaxt” deyərək reaksiya verib.

Görüş zamanı Tramp Yəməndəki hücumlardan danışıb və bildirib ki, ABŞ husilərə qarşı bütün hücumları dayandırır. Tramp, “husilər daha döyüşmək istəmir. Bombalamaları dayandıracağıq. Onların sözünə etibar edəcəyik” - deyə bildirib.

Seçilən
0
metbuat.az

1Mənbələr