"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Neftçi"yə qarşı ABL-nin final seriyasının üçüncü oyununu şərh edib. 

Offsideplus.az xəbər verir ki, litvalı mütəxəssis məğlubiyyətin səbəbini əlavə məşqlərə vaxtın olmamasında görüb:  

"Oyuna çox pis başladıq. Hətta xal fərqinin 20-yə kimi yüksəldiyi zaman da oldu. Buna baxmayaraq faciə baş verməyib. Seriyada hesabda öndəyik. Final seriyasına layiq oyun oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. İki gündən bir oynadığımıza görə əlavə məşqlərə vaxtımız olmur. Futbolda olduğu kimi burada da vurmayana vurarlar prinsipi keçərlidir".

Qeyd edək ki, ümumi hesabda "Sabah"ın 2:1 hesabı ilə öndə olduğu seriyanın üçüncü qarşılaşmasında "Neftçi" 79:76 hesabı ilə qalib gəlib.