"Rəqib elə komandadır ki, səhvləri bağışlamır və cəzalandırır".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin məşqçisi Daviti Çivçivadze "Sabah"a qalib gəldikləri oyundan sonra deyib.
"Çox çətin oyun idi. Biz yaxşı başladıq. Ribaundlara və müdafiəyə yaxşı nəzarət edirdik. İkinci hissədə səhvlərə yol verdik və "Sabah" hesabdakı fərqi azaltdı. Üçüncü hissədə müdafiədə və hücumda bəzi dəyişikliklər etdik. Bundan sonra oyunu daha yaxşı hiss etməyə başladıq. Final görüşü olduğu üçün oyunun taleyi son saniyələrdə həll oldu. Əvvəlki iki oyunda son dəqiqələrdə məğlub olmuşduq. Ancaq bu gün qələbə qazanmağa özümüzdə güc tapdıq. Komandamla fəxr edirəm. Növbəti oyuna hazırlaşacağıq və yenə qələbə qazanmağı qarşımıza məqsəd qoyacağıq".