Almaniya Prezidenti Frank-Valter Ştaynmayer yeni federal hökumətin tərkibini rəsmən təsdiqləyib.
Referans xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Sizə böyük məsuliyyət düşür. Ölkənin rifahı naminə fəaliyyətinizdə sizə uğurlar arzulayıram”, - Ştaynmayer hökumət üzvlərinə müraciətində deyib.
Mayın 6-da Ştaynmayer rəsmi olaraq Xristian Demokratik İttifaqı və Xristian Sosial Birlik (XDİ/XSB) blokunun lideri Fridrix Merzi Almaniyanın kansleri təyin edib.
Bundestaq Merzin Almaniya kansleri təyin edilməsi üçün ikinci dəfə səs verib. Bundestaqın 325 deputatı onun namizədliyinin lehinə, 289-u əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta