
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna müharibəsində qarşılaşdıqları qüvvələrin nasist simvolları ilə hərəkət etdiyini iddia edərək, "Avropanın demək olar ki, hamısı indi nasist bayraqları altında bizə qarşı döyüşür" dedi.
Lavrov paytaxt Moskvada Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilən tədbirdə danışıb.
Rusiyanın nasist qüvvələrinə qarşı döyüşdüyünü deyən Lavrov, "Bəzi qüvvələr məşəl yürüşü təşkil edən Ukrayna prezidenti Vladimir Zelenskinin anti-Rusiya, irqçi rejiminə dəstək verərkən, onun döyüşə göndərdiyi əsgərlər qollarına nasist birlik yamaqları taxaraq, nasist bayrağı altında bizə qarşı birləşdilər. Bunlar indiki vəziyyətdə xüsusilə dəyərlidir. Demək olar ki, bütün Avropa faşist bayrağı altında silahlanaraq indi bizimlə döyüşür" deyib.
Lavrov sözügedən qoşunların keçmişdə olduğu kimi Rusiyaya strateji məğlubiyyət vermək üçün səy göstərdiyini və keçmişdən alınan diplomatik dərslərin unudulmaması lazım olduğunu bildirib.