AZ

Merz Almaniyanın yeni kansleri kimi and içdi

Ajans.az xəbər verir ki, mərasimi "Phoenix" telekanalı yayımlayıb. “Alman xalqının rifahı naminə çalışacağıma, onun sərvətini artıracağıma, onu zərərlərdən qoruyacağıma, əsas Qanunu və federasiya qanunlarını qoruyacağıma, vəzifə borcumu vicdanla yerinə yetirəcəyimə və hər kəsə qarşı ədalətli olacağıma and içirəm. Qoy Tanrı mənə kömək olsun”, – deyə Merz bildirib.

Qeyd edək ki, Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib.

Seçilən
0
7
Ajans.az

9Mənbələr