AZ

Ruslar Sumı şəhərini vurdu: ölənlər və yaralananlar var

Rusiya işğalçıları Sumı şəhərinin ətrafına hücum ediblər. Atışma nəticəsində bir uşaq ölüb, yaralananlar var.

Editor.az bildirir ki, bu barədə Sumı Regional Hərbi İdarəsi məlumat yayıb. Qeyd olunur ki, mülki infrastruktura zərbə ballistik raketlə həyata keçirilib. Xəsarət alanların əksəriyyəti uşaqlardır. Bir uşağın vəziyyəti son dərəcə ağırdır”, – deyə vilayət dövlət administrasiyasından bildirilib.

19.50-ə olan məlumata görə ilkin olaraq Rusiya zərbəsi nəticəsində 7 qurbanın olduğu bildirilib. 1 yetkin qadın və 6 uşaq (biri ağır vəziyyətdə). Yenilənmiş məlumata görə, ölən uşaq deyil, 20 yaşlı qızdır. Lakin daha sonra Sumı merinin səlahiyyətlərini icra edən Artem Kobzar öz Teleqram kanalında bildirib ki, son məlumata görə, üç nəfər ölüb: bir qız hadisə yerində, bir kişi və bir oğlan xəstəxanada dünyasını dəyişib.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr