AZ

Merz Bundestaqda Almaniyanın yeni kansleri kimi and içib

Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz Almaniyanın yeni, 10-cu kansleri kimi Bundestaqda and içib.

 

Mərasimi “Phoenix” telekanalı yayımlayıb.

 

Qeyd edək ki, bu gün Almaniya parlamenti səsvermənin ikinci turunda Merzi kansler seçib və prezident Frank-Valter Ştaynmayer ona və kabinet üzvlərinə təyinat məktublarını təqdim edib.

 

Merz Bundestaqda tələb olunan 316 səsdən 325-ni toplayıb. 289 deputat onun namizədliyinin əleyhinə, 1-i isə bitərəf qalıb./APA

Tarix: 6 May 2025, 21:59   
Seçilən
0
2
pravda.az

3Mənbələr