Tanınmış aktyor Vahid Əliyevin səhhəti yenidən pisləşib.
Sfera.az-a xəbər verir ki, bu barədə lent.az-a aktyorun oğlu məlumat verib. Onun sözlərinə görə, o, şənbə günündən süni tənəffüs aparatına qoşulmuşdu.
Lakin artıq aparatdan ayırılıb. Həkimlərin verdiyi son açıqlamaya əsasən, aktyorun vəziyyəti hazırda orta-ağır qiymətləndirilir. Onun səhhəti həkimlərin nəzarətindədir.