Bakı. Trend:
Fransanın Baş naziri Fransua Bayrunun reytinqi tarixi minumumaenib.
Trend xəbərverir ki, Elabe sorğu və tədqiqat mərkəzinin apardığı sosialsorğunun nəticələrinə görə fransızların yalnız 17 faizi baş nazirəetimad edir.
Bu, Fransanın F.Bayrunun ən aşağı etimad səviyəsidir.
“Verian” siyasi barometrinə görə isə fransızların yalnız 14faizi ona etimad edir. Bu isə 1981-ci ildən bəri Baş nazir üçünqeydə alınan ən aşağı səviyyədir. Sosial sorğunun nəticələrinəgörə, hətta onun öz tərəfdarları arasında belə etimad səviyyəsiaşağı düşüb.
Xatırladaq ki, F. Bayru mayın 14-də fiziki və cinsi zorakılıqaktları baş vermiş katolik məktəbi “Betharram” qalmaqalı ilə bağlıkomissiya tərəfindən dindiriləcək. Reytinqi tarixi minimuma düşənFransua Bayru gözlənilməz bir siyasi addım atmağa çalışır, dövlətkəsirlərinin azaldılması üçün referendum təklif edir. Onun butəşəbbüsünün hakimiyyətdə daha çox qalması üçün atılan addım olduğuvə əvvəlki reytinqini bərpa etməyə çalışdığı deyilir.