AZ

Azərbaycanda bu klublar baş məşqçilərini dəyişir, “Neftçi” islahatlara gedir - VİDEO

“Sportinfo TV”də yayımlanan “Futbol manşet”in növbəti buraxılışı efirə gedib.

Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan budəfəki buraxılışda ən aktual məsələlər müzakirəyə çıxarılıb.

“Kəpəz” və “Sumqayıt”da gözlənilən baş məşqçi dəyişikləri ilə bağlı xəbərləra münasibət bildirilib.

Eyni zamanda “Neftçi”ni yeni mövsümdə gözləyən çətinliklərdən və onların həll yollarından bəhs edilib, canlı yayım zamanı tamaşaçıların yazdıqları rəylər oxunulub, suallara cavab verilib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
0
5
sportinfo.az

9Mənbələr