AZ

Belarus şirkətləri ilə ildə təxminən 700-800 traktor istehsal edirik – Xanlar Fətiyev

Belarus şirkətləri ilə ildə təxminən 700-800 traktor istehsal edirik.

Bunu Trend-ə açıqlamasında Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.

O bildirib ki, Belarus şirkətləri, zavodları ilə 2007-ci ildən işləyirik. İşlədiyimiz şirkət Minsk Avtomobil Zavodudur.


"Prezident İlham Əliyevin 2006-cı ildə Belarusa səfərindən sonra bu ölkənin şirkətləri ilə əməkdaşlığa başlanılıb.

Artıq 18 ildir ki, bu ölkənin zavodları ilə işləyirik. Belarus şirkətləri ilə ildə təxminən 700-800 traktor istehsal edirik. Mayın 5-də bağlanılan müqavilə ilə üçüncü ölkələrə çıxmağa çalışırıq.

Kommunal avtomobillərin də istehsalına çoxdan başlamışıq. Bundan əlavə, tullantı avtomobilləri də istehsal edirik”, - deyə X.Fətiyev qeyd edib.

Seçilən
0
1
ekologiya.az

2Mənbələr