AZ

“Bu ölkədə futbol infrastrukturu əsl biabırçılıqdır!” - UEFA prezidenti

UEFA-nın prezidenti Aleksander Çeferin İtaliyadakı stadionların vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“İtaliyada futbol infrastrukturu əsl biabırçılıqdır. Bura ən böyük futbol güclərindən biridir. Eyni zamanda, buradakı infrastruktur ən pisdir.

Klubların hökumət, regional hakimiyyət və investorların köməyinə ehtiyacı var. Artıq hərəkətə keçməyin vaxtıdır, çünki arenalarla bağlı vəziyyət dəhşətlidir”.

İtaliya Türkiyə ilə birlikdə 2032-ci il Avropa çempionatına ev sahibliyi etməyə hazırlaşır. İtaliyalılar 1968 və 1980-ci illərdə Avropa çempionatının ev sahibi olublar.

Seçilən
0
sportinfo.az

1Mənbələr