O, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində COP tədbirləri tarixində ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyinə salınması, indiyədək 70-dən çox ölkənin tərəfdar çıxdığı “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” haqqında məlumat verərək D-8 təşkilatının üzvlərini bəyannaməyə qoşulmağa çağırıb.
Kənan Quluzadə, həmçinin Azərbaycanın 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun Bakı şəhərində keçiriləcək 13-cü sessiyasında (WUF13) iştirak etməyə dəvət edib. Sədr müşaviri qeyd edib ki, Azərbaycan D-8 İqtisadiƏməkdaşlıq Təşkilatı çərçivəsində üzv ölkələrlə turizm əlaqələrinin inkişafına töhfə verməyə hazırdır.
İclasın sonunda üzv ölkələr arasında turizm sahəsində qarşılıqlı əməkdaşlıq və regional inkişaf sahəsində yeni imkanlar yaratmağı nəzərdə tutan “D-8 Turizm Əməkdaşlığı 2025 üzrə Qahirə Bəyannaməsi” qəbul edilib və Türkiyənin Antalya şəhəri 2025-ci il üçün təşkilatın turizm şəhəri seçilib.
Qeyd edək ki, 2025-ci ilin ilk rübündə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən Azərbaycana 160 mindən çox xarici ziyarətçi gəlib.
AzVision.az