AZ

Belarus Azərbaycana qida duzu satışını kəskin artırıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycana Belarusdan 67,8ton yodlaşdırılmış, qida üçün yararlı duz idxal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda məhsulun idxalına 20,7 min ABŞdolları xərc çəkilib.

Belursdan qida duzu idxalı ötən ilin eyni dövrü ilə müqayisədəmiqdar ifadəsi ilə 67,3 ton və ya 135,6 dəfə, dəyər ifadəsi ilə20,4 min ABŞ dolları, yaxud da 69 dəfə artıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana Belarusdan 0,5ton miqdarında, 300 ABŞ dolları dəyərində qida duzu idxaledilmişdi.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana xaricdən 2,2 minton miqdarında, 323 min ABŞ dolları dəyərində qida duzu idxalolunub.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr