AZ

ABŞ-ın Ukrayna ilə bağlı bu qərarı narahatlıq yaratdı

ABŞ Heqsetin göstərişi ilə fevral ayında Kiyevə silah tədarükünü dayandırıb.

KONKRET.az xəbər verir ki, Pentaqon ABŞ müdafiə naziri Pit Heqsetin şifahi əmri ilə fevral ayında Ukraynaya silah tədarükünü bir həftəlik dayandırıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, uçuşların ləğvi ilə bağlı göstərişin yanvarın 30-da ABŞ prezidenti Donald Trampın Heqsət və digər yüksək rütbəli milli təhlükəsizlik rəsmiləri ilə görüşündən sonra verildiyi deyilir. Görüşdə Ukraynaya yardımın dayandırılmasının mümkünlüyü müzakirə edilib, lakin prezident çatdırılmaların dayandırılması ilə bağlı göstəriş verməyib.

Bəzi agentlik mənbələrinə görə, Heqset prezidenti düzgün başa düşməyib və lazımi göstəriş olmadan əmr imzalayıb.

Reuters qeyd edir ki, uçuşların ləğvi ABŞ-a 2,2 milyon dollara başa gəlib. Agentliyin vurğuladığı kimi, çatdırılmaların dayandırılması Kiyevdə narahatlıq yaradıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
0
1
konkret.az

2Mənbələr