AZ

Rusiya atəşkəs elan etdi

Mayın 7-dən 8-nə keçən gecə yarısı Böyük Vətən Müharibəsində qələbə şərəfinə 72 saatlıq atəşkəs qüvvəyə minəcək.

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

XİN rəsmisi əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski onu qeyri-ciddi adlandıraraq qəbul etməkdən imtina edib. Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq, Ukrayna Silahlı Qüvvələri Pasxa bayramında atəşkəs rejimini, eləcə də enerji sektoruna hücumlara qoyulan moratoriyi pozub.

“Zelenski üçün müqəddəs heç nə yoxdur, o, müharibə qəhrəmanı olan babasını ələ salıb, qələbənin 80 illiyinə qədər yaşamış veteranları ələ salıb”, - deyə diplomat fikrini yekunlaşdırıb./publika


Seçilən
0
1
news24.az

2Mənbələr