AZ

Azərbaycan D-8 təşkilatının turizm nazirlərinin iclasında təmsil olunub

Bakı.Trend:

5-6 may tarixlərində Misir Ərəb Respublikasının paytaxtı Qahirəşəhərində keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının YüksəkSəviyyəli Rəsmilərinin 5-ci görüşü və Turizm Nazirlərinin 4-cüiclasında Azərbaycanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviriKənan Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsiledib.

Bu barədə Trend-ə Agentlikdən məlumat verilib.

Tədbirdə çıxış edən Kənan Quluzadə iqtisadiyyatın əsassahələrindən biri kimi turizmin inkişafına dövlət tərəfindən diqqətayrıldığını qeyd edərək ölkəmizin son illərdə irimiqyaslıbeynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

O, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyinəticəsində COP tədbirləri tarixində ilk dəfə turizm mövzusununiqlim danışıqlarının əsas gündəliyinə salınması, indiyədək 70-dənçox ölkənin tərəfdar çıxdığı “Turizm Sektorunda Təkmilləşdirilmişİqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” haqqında məlumat verərəkD-8 təşkilatının üzvlərini bəyannaməyə qoşulmağa çağırıb.

Kənan Quluzadə, həmçinin, Azərbaycanın 2026-cı ildə BirləşmişMillətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun Bakışəhərində keçiriləcək 13-cü sessiyasında (WUF13) iştirak etməyədəvət edib.

Sədr müşaviri qeyd edib ki, Azərbaycan D-8 İqtisadi ƏməkdaşlıqTəşkilatı çərçivəsində üzv ölkələrlə turizm əlaqələrinin inkişafınatöhfə verməyə hazırdır.

İclasın sonunda üzv ölkələr arasında turizm sahəsində qarşılıqlıəməkdaşlıq və regional inkişaf sahəsində yeni imkanlar yaratmağınəzərdə tutan “D-8 Turizm Əməkdaşlığı 2025 üzrə Qahirə Bəyannaməsi”qəbul edilib və Türkiyənin Antalya şəhəri 2025-ci il üçüntəşkilatın turizm şəhəri seçilib.

Qeyd edək ki, 2025-ci ilin ilk rübündə D-8 İqtisadi ƏməkdaşlıqTəşkilatına üzv olan ölkələrdən Azərbaycana 160 mindən çox xariciziyarətçi gəlib

Məqalədə:
Seçilən
0
13
az.trend.az

10Mənbələr