Kriminal aləmdə "Oleq Bakinski" kimi tanınan Ukraynalı iş adamı Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
"Unikal"ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesin təyin edilmiş vaxtindan əvvəl keçirilməsinə səbəb Oleq Krapivinin vəkili Xeyranisə Babayevanın müvəkkilinin səhəti ilə əlaqədər onun ev dustaqlıgına buraxılmaği ilə bağlı vəsatəti olub.
Prokuror vəsatəti məhkəmənin mülahizəsinə buraxıb.
Müşavirədən sonra "Oleq Bakinski" ev dustaqlığına buraxilib.
Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.
"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
Seymur Əli