AZ

İdman üzrə qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri…

2025-2026-cı tədris ili üçün bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsüsi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri açıqlanıb.

Bu barədə KONKRET.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı aşağıdakı şərtləri ödədikləri halda, qabiliyyət imtahanlarına buraxılırlar.

Qabliyyət imtahanlarına qeydiyyat tarixləri yaxın vaxtlarda elan olunacaq.

Ali təhsil üzrə

Komissiya kodu İxtisasın adı Müsabiqə şərti
61 Məşqçilik (idman növləri üzrə) 70 bal
62

Kütləvi sağlamlaşdırıcı idman

Adaptiv bədən tərbiyəsi

80 bal
63 Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi 80 bal

Tam orta təhsil üzrə

Komissiya kodu İxtisasın adı Müsabiqə şərti
6401 Fiziki tərbiyə müəllimliyi 50 bal

Ümumi orta təhsil üzrə

Komissiya kodu İxtisasın adı Müsabiqə şərti
152 Fiziki tərbiyə müəllimliyi 50 bal

Qeyd: Müsabiqə şərtləri və meyarlarla bağlı daha ətraflı məlumatı yaxın tarixlərdə çap olunacaq “Abituriyent” jurnalının İdman istiqaməti üzrə xüsusi buraxılışından əldə edə biləcəksiniz.

Seçilən
0
11
konkret.az

10Mənbələr