Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Vyetnam arasındaticarət əməliyyatlarının həcmi 127,2 milyon ABŞ dolları təşkiledib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 19,2 milyon ABŞ dolları və ya 49,8% azdır.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Vyetnama 91,8milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 125,8 milyon ABŞ dolları və ya 57,8%azdır.
Həmçinin, 2025-ci ilin yanvar-mart aylarında VyetnamdanAzərbaycana 35,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 312 min ABŞ dolları və ya0,9% azalma deməkdir.
2024-cü il ərzində isə Azərbaycanla Vyetnam arasında ticarətəməliyyatlarının həcmi 223,9 milyon ABŞ dollarına bərabər olub ki,bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 258,2 milyon ABŞdolları və ya 53,6% azdır.
Belə ki, ötən il Azərbaycandan Vyetnama 78,8 milyon dollarlıqməhsul ixracı qeydə alınıb. Bu, 2023-cü ildəki göstərici iləmüqayisədə 267 milyon ABŞ dolları və ya 77,2% azdır.
Həmçinin, 2024-cü ildə Vyetnamdan Azərbaycana 145,1 milyon ABŞdolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2023-cüillə müqayisədə 8,8 milyon ABŞ dolları və ya 6,5% artımdeməkdir.
Bundan əlavə, 2024-cü ildə Vyetnam Azərbaycandan ən çox neftalan ölkələr siyahısında 21-ci pillədə qərarlaşıb.
Belə ki, ötən il Azərbaycandan sözügedən ölkəyə 77,9 milyon ABŞdolları dəyərində 138,5 min ton bitumlu süxurlardan alınmış xamneft və xam neft məhsulları ixrac edilib. Bu isə 2023-cü ildəkigöstərici ilə müqayisədə dəyər ifadəsində 267,6 milyon ABŞ dollarıvə ya 77,5%, həcm ifadəsində isə 415,9 min ton və ya 75% azalmademəkdir.