AZ

Zaqatalada yol problemi: Nə avtobus var, nə də taksi

Zaqatalanın Vöhtala kəndində 1989-cu ildə qurulan körpü hazırda qəzalı vəziyyətdədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baku.tv məlumat yayıb.

Rayon mərkəzindən 25 km məsafədə yerləşən kəndin sakinləri uzun illərdir ki, problemlə üz-üzə qalıblar.

Talaçay çayının aşağı istiqamətində yerləşən kəndə yalnız yük avtomobili və traktor girə bilir ki, o da çayda suyun az olduğu vaxtlarda mümkün olur.

“Məktəbə gedib-gələn uşaqlar var. Kənddə nə avtobus var, nə də taksi. Xəstəni körpüdən o tərəfə at arabası ilə keçirdik, xəstəxanaya çatdıra bilmədik, yolda öldü”, – deyə sakin narazılığını bildirib.

Seçilən
0
nocomment.az

1Mənbələr