"Əl-Nəsr"in superulduzu Kriştianu Ronaldunun oğlu kiçik Ronaldu Portuqaliya millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, o, Xorvatiyadakı beynəlxalq turnirə qatılacaq ölkəsinin U-15 komandasına çağırılıb.
Hazırda "Əl-Nəsr"in öz yaş qrupu üzrə komandasında çıxış edən kiçik Ronaldu sözügedən turnirdə Yaponiya, Yunanıstan və İngiltərə yığmalarına qarşı mübarizə aparacaq.
Xatırladaq ki, ata Ronaldu 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı təmsilçisinin formasını geyinir. Təcrübəli hücumçu daha öncə "Sportinq", "Mançester Yunayted", "Real Madrid" və "Yuventus"un formasını geyinib.
Nihat