AZ

Kredit götürüb ödəyə bilməyənlərlə bağlı VACİB XƏBƏR

Millət vəkili Vüqar Bayramov Milli Məclisin sonuncu plenar iclasında az məbləğdə krediti ödəyə bilməyən vətəndaşlarımızın ölkədən çıxış məhdudiyyəti ilə bağlı qadağaların ləğvini təklif edib.

Bəs bu təklif bütün növ krediti olanlara şamil edilə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Vüqar Bayramov diqqətə çatdırıb ki, mövcud qaydalara əsasən bu proses krediti olanlara deyil, kiredit alıb ödəyə bilməyənlərlə bağlıdır:

“Yəni vətəndaşın krediti varsa, vaxtı-vaxtında ödəyirsə, onun ölkədən çıxışı ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Təklifimiz ondan ibarətdir ki, kredit götürüb ödəyə bilməyən vətəndaşlarımıza minimumlar müəyyənləşsin.

Əgər vətəndaşın kredit götürüb amma onun minimum əməkhaqqıdan az olan hissəsi qədər borcu qalıbsa, ödəyə bilmirsə, bu halda onun ölkədən çıxışına məhdudiyyət tətbiq olunmasın. Təklif edirik ki, bu məhdudiyyətlər aradan götürülsün”, – deyə Vüqar Bayramov diqqətə çatdırıb.

Seçilən
0
7
moderator.az

8Mənbələr