AZ

Çingiz Əsgərov Ali Məhkəmə sədrinə müavin təyin edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin  təyin edilməsi haqqında Sərəncam imzalayıb.

FED.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Ali Məhkəməsi üzrə Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilib.

 Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib.

Seçilən
0
49
fed.az

2Mənbələr