İndoneziyanın Medan şəhərindən paytaxt Cakartaya doğru hərəkət edən avtobusun əyləc sistemi, Padang şəhərindəki Bukit Surungan avtobus terminalının yaxınlığında sıradan çıxıb.
News24.az xəbər verir ki, bu zaman enişdə hərəkətdə olan sərnişin avtobusu idarədən çıxaraq aşıb.
Qəza zamanı avtobusda olan 34 sərnişindən 5-i qadın olmaqla ümumilikdə 12 nəfər həyatını itirib. Sürücü də daxil olmaqla 23 yaralı xəstəxanalara çatdırılıb.
Qərbi Sumatra Polis İdarəsinin rəisi Reza Chairul Akbar Sidiq açıqlamasında bildirib ki, sürücü də daxil olmaqla 13 yaralının vəziyyəti ağır olaraq qalır.
Məryəm İlhamqızı